1. Vegeterian qidalanan insan sayına görə dünyada birincidir.
Əhalisinin 30%-ə qədəri dini və ənənəvi inanclarına görə vegetarian qidalanmağı üstün tutur. Buna səbəb əhalinin əsas hissəsinin Hinduizm dininə inanmasıdır və Hindu fəlsəfəsinə əsasən insanların əsas qida rasionu tərəvəz mənşəli yeməklər üzərinə qurulmuşdur.
2. Siçanların öz məbədinin olduğu tək ölkədir.
Bəli düzgün oxudunuz. Hindistanın Rajastan vilayətində siçanlara məxsus məbəd var. Karni Mata adlanan bu məbəd, yüzlərlə siçana ev sahibliyi edir və bu da onu dünyanın ən nadir məbədlərindən biri kimi tanınmasının əsas səbəbidir.
3. Roopkund – Skelet gölü
Yerli əhali onu “Müəmmalı Göl” və yaxud “Skelet Gölü” adlandırır. 5020 m yüksəklikdə, Himalay dağlarında yerləşən bu gölün içərisi və ətrafı insan sümükləri ilə doludur. Sümüklərin 9-cu əsrdə, dolu fəlakəti nəticəsində kütləvi şəkildə tələf olmuş insanlara aid olduğu düşünülür.
4. Hindistan almaz çıxaran və emal edən ilk ölkə olmuşdur.
4-cü əsrdən etibarən, təxminən 1000 il ərzində Hindistan almaz emal edən ilk və tək ölkə olmuşdur. 18-ci əsrdə Brazilyada, daha sonra isə Cənubi Afrikada almazın tapılması ilə Hindistan bu bazarda birinciliyi əldən vermişdir.
5. Heç bir qapısı və ya kilidi olmayan evlərin yerləşdiyi kənd, bəlkə də, dünyanın ən təhlükəsiz yeri olaraq tanınır.
Şani Şingnapur kəndi heç bir sakinin evində qapı və ya kilidin olmaması ilə tanınır. Bununla bərabər, kənddə 400 ildir heç bir kriminal hadisə baş verməyib.
6. Hindistan Dəmir yolları, dünyada ən çox işçisi olan müəssisədir.
1.4 milyon işçisi ilə Hindistan Dəmiryolları planetin ən çox işçiyə sahib olan müəssisəsidir. Hər gün xidmət etdiyi sərnişin sayının Avstraliyanın nüfuzuna bərabər olduğunu nəzərə alsaq ( 23 milyon sərnişin) bu məlumata çox da təəccüblənmərik.
7. Freddie Mercury əslən hind əsillidir.
Dünyanın ilk hind əsilli rok ulduzu Freddie – nin əsil adı Farrokh Bulsaradır.
8. İkinci Dünya müharibəsi zamanı Hindistan tarixin ən böyük könüllü ordusunu toplamışdır.
2.5 milyondan artıq hindistanlı İkinci Dünya Müharibəsi zamanı könüllü olaraq Britaniya İmperiyası uğrunda mübarizə aparmışdır.
9. Hindistanda uşaqlar günü 14 Noyabrda qeyd olunur.
Bu tarixin 14 Fevral sevgililər günündən tam olaraq 9 ay sonraya təsadüf etməsi sizcə də qəribə deyilmi?
10. 5000 ildən artıq yaşı olan Varanasi şəhəri Yer kürəsindəki ən qədim yaşayış məskənidir.
Bura, həmçinin Hindistanın ən müqəddəs şəhəridir. Hind mifologiyasına görə Lord Shiva, 5000 il əvvəl bu şəhərin əsasını qoymuşdur.
11. Qərbi Benqal ərazisində mütləq şəkildə inəklərin şəkilli şəxsiyyət vəsiqəsi olmalıdır.
12. Londonda Mumbai və yaxud Dehlidəkindən daha çox Hind restoranı vardır.
13. Burada qravitasiya qüvvəsinə qarşı gələn təpə mövcuddur.
Bu qeyri-adi təbiət hadisəsi Qujarat əyalətində, Tulsi Shyam yolunda baş verir. Əgər bu ərazidə avtomobilinizi neytralda saxlasanız, maşınınız yerin cazibə qüvvəsinin əksinə olaraq təpəyə doğru sürüşəcək.
14. Hindistanda sadəcə fillərə xidmət edən spa mərkəzi fəaliyyət göstərir.
Bu mərkəzdə fillər masaj olunur, vanna qəbul edir və qidalanırlar.
15. Kumbh Mela dünyadakı ən böyük festivaldır.
Belə ki festivaldakı izdiham hətta kosmosdan görünə bilir.
16. Ölkədə vahid rəsmi dil yoxdur.
Çoxmillətli ölkə olduğuna görə Hindistanın 22 rəsmi
dili var. Bundan əlavə dünyada ingilis dilində danışan insan sayına görə ikinci
yerdə